Modern.az

Nazirlər Kabinetinə yeni təyinat

Nazirlər Kabinetinə yeni təyinat

28 Oktyabr 2019, 20:56

Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinə yeni müdir təyin edilib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Mehman Tağıyev Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, Baş Nazirin 24 oktyabr tarixli sərəncamı ilə Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov vəzifəsindən azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı