Modern.az

Akif Təvəkküloğlunun “Əmanət”i…

Akif Təvəkküloğlunun “Əmanət”i…

Ədəbi̇yyat

30 Oktyabr 2019, 17:35

Əmanət qoymusan bu can evimdə,

Ölüncə saxlaram bu əmanəti.

Almaq istəsələr onu əlimdən,

Kimsə edə bilməz o cəsarəti.

 

Dağlara, düzlərə sığışa bilməz,

Qəlbimdə olanı bir kimsə bilməz,

Ölüm də əlimdən qopara  bilməz,

Gizli saxladığım  bu əmanəti.

 

Çaylar axmaz olar dayana bilər,

Köç edən durnalar qayıda bilər,

Kim nə istəyirsə apara bilər,

Heç kim ala bilməz bu əmanəti.

 

Gəl, gülüm, sahibi sənsən o zərin,

Canımda,  ruhumda yer alıb dərin...

Ürək içindədir qəmin-kədərin,

Qovurur oduyla  bu əmanəti.

 

Akif can içində bəsləyir onu,

Qoparmaz nə boran, nə tufan onu,

Vermərəm, gəlsə də dünyanın sonu,

Könlümü  isidən bu əmanəti,

Əmanət dediyim  bu  məhəbbəti...

 

Akif Təvəkküloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı