Modern.az

Qarabağ İcmasından Bakıdakı erməni əsilli şəxslərlə bağlı AÇIQLAMA

Qarabağ İcmasından Bakıdakı erməni əsilli şəxslərlə bağlı AÇIQLAMA

Qarabağ

30 Oktyabr 2019, 11:14

“Yeni idarə heyəti formalaşdırıldıqdan, yeni icma üzvləri təşkilatlandırıldıqdan sonra fəaliyyətimizi daha da intensivləşdirmişik”.

Bu sözləri Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev söyləyib. O qeyd edib ki, icma xüsusilə Qarabağdakı Erməni İcması ilə konstruktiv dialoqa, müzakirələrə hazır olduğunu dəfələrlə bəyan edib:

“Təbii ki, biz nəinki Dağlıq Qarabağdakı Erməni İcması, ümumiyyətlə, dünyadakı etnik ermənilərlə hansısa müzakirələr aparmaq, dialoq qurmaq məsələsinə heç də etiraz etmirik. Bizim yeganə tələbimiz məhz məhrum olduğumuz insan hüquqlarımızı həyata keçirmək, bu kontekstdə istənilən erməni əsilli şəxs, erməni diasporu, Qarabağ emənilərilə görüşüb, müzakirə apara biləcəyimizi bəyan edirik. Bakıda olan bəzi erməni əsilli şəxslərlə görüşlərimiz də olur. Hətta əvvəllər Bakıda yaşamış, hazırda xarici ölkələrdəki erməni əsilli şəxslər də görüşlərimiz olub. Onlar da bilavasitə icmamızla görüşməkdən məmnunluq keçirdiklərini bildiriblər və Ermənistanın işğalçı siyasətinə qarşı çıxış etdiklərini bəyan ediblər. Çünki biz - etnik azərbaycanlılar münaqişədən zərər çəkən tək tərəf deyilik. Eyni zamanda, bəzi ermənilər də Qarabağda münaqişə başalayanda, erməni millətçiliyinin ünsürləri orada fəaliyyətə keçəndə bundan əziyyət çəkən tərəf idilər. Qarabağda olan Erməni İcması indi də münaqişədən əziyyət çəkir. Onlar əsarət, girov altında saxlanılırlar, informasiya iqtisadi blokdadırlar. Onların yeganə çıxış yolu məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, azərbaycanlılarla bir yerdə yaşamağa razılaşmaqdan keçir. Əks halda onların gələcək həyatı dumanlı və qaranlıq görünür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi