Modern.az

SOCAR-ın videoçarxında səhvə yol verilib? - VİDEO

SOCAR-ın videoçarxında səhvə yol verilib? - VİDEO

Mədəni̇yyət

30 Oktyabr 2019, 13:47

"SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) türk xalqının Cümhuriyyət bayramı münasibətilə videoçarx hazırlayıb. Təqdim olunan görüntülərdə 1921-ci ildə Azərbaycan əsgərlərinin Türkiyəyə İstiqlaliyyət müharibəsində yardımı öz əksini tapıb. 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra Azərbaycanın həmin ildə Sovet hakimiyyəti altında olduğunu nəzərə alsaq, “Azərbaycan ordusu” və ya “Azərbaycan əsgəri” kimi bir anlayışın olması 1921-ci il üçün qeyri-realdır.

Maraqlıdır, videoçarxda səhvliyə yol verilib, ya başqa səbəblər var ?

 

Modern.az məsələ ilə bağlı videoçarxın ssenari müəllifi deputat Musa Qasımlı ilə əlaqə saxlayıb. Millət vəkili videoda səhvin olmadığını bildirərək, məsələyə aydınlıq gətirib.

 

“1920-ci ilin aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunan zaman türk xalqı Mustafa Kamal Paşanın liderliyi ilə istiqlal savaşı aparırdı. Azərbaycan müstəqil olmasa da türklüyün və islamın mərkəzi olan Türkiyənin məğlub olmasını istəmir, ona imkanları daxilində hər cür yardım edərək Tükiyəyə yanacaq göndərirdi. Azərbaycan qadınları özlərinin ziynət əşyalarını, gəlinlər nişan üzüklərini belə Türkiyəyə göndərib. Hətta Mustafa Kamal Paşa Nəriman Nərimanova təşəkkür edəndə Azərbaycan hökümətinin başçısı bildirmişdi ki, qardaş qardaşa borc verməz. Türk istiqlal savaşında da azərbaycanlı gənclər iştirak edib, hətta Tükiyə böyük Millət Məclisi Hökumətinin qərarları ilə bir çox azərbaycanlı gənclərin hərbi təyyarəçilər məktəbinə qəbul edilməsinə dair arxivlərdə sənədlər var. Türk xalqı qələbə qazanarkən, Bakı, Gəncə və Tiflisdə azərbaycanlılar qurban kəsər , evlərinin balkonlarından türk bayraqlarını asardılar. Azərbaycan türk xalqının istiqlal savaşında iştirak edərək qələbədə müəyyən rol oynayıb. Hesab edirəm ki, SOCAR-ın təqdim etdiyi bu klip Azərbaycan-Türkiyə qardaşlığını, iki ölkənin çətin anlarda birlikdə olmağını nümayiş etdirən ən uğurlu kliplərdən biridir”.

Qeyd edək ki, Türkiyə İstiqlaliyyət müharibəsi 1919-cu ildə başlayıb, 1922-ci ildə atəşkəsin əldə edilməsi ilə yekunlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı