Modern.az

BMT TŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır

BMT TŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır

26 Dekabr 2009, 19:15

BMT Təhlükəsizlik Şurası 2010-cu ilin fevralında İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər. Modern.az-ın “Ria-novosti” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Layall Qrant bildirib. Onun sözlərinə görə,  əgər İran nüvə proqramına dair  “altılığ”ın (RF, ABŞ, Cin, Fransa, Böyük Britaniya, Almaniya ) təklfiini qəbul etməsə, onda sanksiyalar qaçılmaz olacaq. 
Qrant qeyd edib ki, yaxın bir neçə həftə ərzində “altılığ”a daxil olan ölkələr İrana qarşı yeni sanksiyalara dair qətnamə layihəsinə daxil ola biləcək elementləri müzakirə edəcək.  “Əvvəlcə müzakirələr “altılıq” çərçivəsində, daha sonra isə Nyu-Yorkda BMT TŞ səviyyəsində aparılacaq. Düşünürəm ki, fevralın sonlarında artıq sanksiyalar hazır olacaq”-deyə Qrant bildriib. Bununla belə, o, İranla danışqların qapısını açıq qoyduqlarını da diqqətə çatdırıb.
Onun sözlərinə görə, nə qədər gec deyil, İran MAQATE və beynəlxalq birliklə əməkdaşlıq etməlidir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir