Modern.az

Azərbaycan millisi elə bir komandaya uduzdu ki

Azərbaycan millisi elə bir komandaya uduzdu ki

29 Fevral 2012, 22:17


Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirdiyi son yoxlama oyununda biabrçı məğlubiyyətə düçar olub. Həm də elə bir komandaya ki...

Modern.az xəbər verir ki. Fevralın 29-da Dubay şəhərindəki «The Sevens» stadionunda Azərbaycan milli komandası Fələstin yığması ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 2:0 hesabı ilə Fələstin yığmasının xeyrinə başa çatıb.  

Azərbaycan yığmasının dünya reytinqində 162-ci yerdə olan Fələstin kimi bir komandaya  məğlubiyyəti əsl faciə sayılmalıdır.

Həm maddi, həm də digər baxımlardan Fələstin komandasından dəfələrlə yaxşı təchiz olunan Azərbaycan millisinin bu məğlubiyyətinə ad vermək üçün söz tapmaq çətindir....    

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi