Modern.az

Dövlət Agentliyi səfirin “çex pivəsi” ilə bağlı açıqlamasını TƏKZİB ETDİ

Dövlət Agentliyi səfirin “çex pivəsi” ilə bağlı açıqlamasını TƏKZİB ETDİ

1 Noyabr 2019, 14:51

Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert Modern.az-a müsahibəsində təəsüflə bildirmişdi ki, Azərbaycana Çexiyadan pivə ixrac olunmur.

Lakin demək olar ki, istər mağazalarda istərsə də, restoran və kafelərin əksəriyyətində çex pivəsi ilə rastlaşmamaq mümkün deyil.

 

Xüsusən, “Velkopopovicky Kozel”, “Pilzner”, “Staraya Praqa” və s. Azərbaycan pivə həvəskarlarının sevdiyi çex pivə markalarıdır. 

 

Maraqlıdır, belə olan halda bizə təqdim edilən çex pivələri haradan gətirilir? Doğurdan da Çexiyadan Azərbaycana pivə ixrac edilmir ?

 

Modern.az məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlayıb. Dövlət Agentliyi məsələ ilə

“Əlbəttə ki, Azərbaycana Çexiyadan pivə idxal edilir. İdxal şöbəsi olaraq bunu dəqiq şəkildə bildiririk”- deyə dövlət qurumu sorğumuzu cavablandırıb.

 

Beəliklə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi çexiyalı səfirin açıqlamasını təkkiz etmiş oldu. Səfirin yoxsa dövlət qurumunun doğrunu söylədiyini isə oxucunun öz öhdəsinə buraxırıq.

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi