Modern.az

Vaqif Cavadov “Tvente”yə keçir

Vaqif Cavadov “Tvente”yə keçir

Təhsil

26 Dekabr 2009, 20:01

Ağdamın “Qarabağ” futbol klubunun və Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov yeni kluba transfer olunacaq. Futbolçu yanvar ayında Hollandiyaya yola düşərək yerli “Tvente” klubu ilə müqavilə imzalayacaq. Modern.az bu barədə Azerisport.com-a istinadən məlumat verir.
Vaqif Cavadovun holland təmsilçisi ilə 2 illik razılaşma imzalayacağı gözlənilir.
Xatırladaq ki, “Tvente” bu il yayda Avropa Liqası turniri çərçivəsində “Qarabağ”la qarşılaşmışdı. Hollandiyadakı matç 3:1 hesabı ilə “Tvente”nin xeyrinə nəticələnmiş, Bakıda keçirilən oyunda isə hesab açılmamışdı.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır