Modern.az

Xəzərdə 7 metrlik dalğalar – SOCAR 150-dən çox neftçisini təxliyyə etdi

Xəzərdə 7 metrlik dalğalar – SOCAR 150-dən çox neftçisini təxliyyə etdi

2 Noyabr 2019, 12:22

Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 150-dən çox neftçi təxliyyə ediləcək

                                                         

Modern.az xəbər verir ki, noyabrın 2-də hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Hazırda 150-ə yaxın əməkdaşımız sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilmişdir.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi