Modern.az

Qubada icra başçısının evi yandırılıb - FOTO+VİDEO

Qubada icra başçısının evi yandırılıb - FOTO+VİDEO

1 Mart 2012, 13:24

Quba Rayon İcra Hakimiyyəti (RİH) binası qarşısında yerli sakinlərin kütləvi etiraz aksiyası keçirilib. Ölkə KİV-lərində və sosial şəbəkələrdə yayılan məlumatına görə, aksiya iştirakçıları bəzi tikililəri yandırıblar, Quba Rayon İcra Hakimiyyətinin binasında pəncərələrin şüşələri sındırılıb. Hadisə yerinə polis çağırılıb, vətəndaşla qarşıdurma baş verib.

Aksiya iştirakçıları RİH başçısı Rauf Həbibovun istefasını tələb ediblər.

Qeyd edək ki, aksiyaya Rauf Həbibovun bir neçə gün öncə internetdə yayılan videoçıxışı səbəb olub. Həmin çıxışda o, Quba camaatının ünvanına bir sıra ittihamlar səsləndirib.

"Azadlıq" radiosunun məlumatına görə, icra başçısı aksiya iştirakçıları qarşısına çıxaraq üzr istəsə də, camaat sakitləşməyib. Daxili Qoşunların qüvvələri Quba İcra Hakimiyyətini dövrəyə alıb. Aksiya iştirakçılarını polis dağıtmağa çalışıb. 

Ən son məlumata görə, aksiya iştirakçıları icra başçısının eviə od vurublar. Hüquq-mühafizə orqanları vəziyyəti nəzarətə almağa çalışır..

****

“Biz Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyirik. Hər zaman onun siyasətini dəstəkləmişik, indi də onun ətrafında sıx birləşirik. Ümidimiz yalnız onadır”. Bunu APA-ya açıqlamasında etiraz aksiyasının iştirakçıları deyib. 

Onlar bildiriblər ki, bu aksiya yalnız icra başçısı Rauf Həbibovun qubalıların ünvanına söylədiyi fikirlərə etirazdır: “Biz cənab prezidentin bizim etirazımıza diqqətlə yanaşacağına əminik”. 

Aksiya iştirakçıları əllərində Azərbaycan prezidentinin portretini və onu dəstəkləyən şüar olan plakatlar tutduqlarını da vurğulayıblar. 

Qeyd edək ki, aksiyada yalnız icra başçısı əleyhinə şüarlar səsləndirilib, onun istefası tələb olunub.

APA-nın hadisə yerindəki müxbiri aksiyanın başa çatdığını bildirib. 
Hazırda Quba rayon İcra Hakimiyyətində nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, millət vəkili Vahid Əhmədovun iştirakı ilə iclas keçirilir. 





 

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi