Modern.az

Məhərrəm ayında toylarımız davam edib, 9 mindən çox nikah bağlanıb - RƏSMİ

Məhərrəm ayında toylarımız davam edib, 9 mindən çox nikah bağlanıb - RƏSMİ

3 Noyabr 2019, 11:28

Müsəlman aləmində təziyyə ayı kimi qeyd olunan Məhhərəm ayı bu il Miladi təqvimlə 1 sentyabr - 29 sentyabr, Səfər ayı isə 30 sentyabr – 30 oktyabra təsadüf edib.

Azərbaycan əhalisinin əksəriyyəti İslam dininə sitayiş edən müsəlmanlar olduğundan bu aylarda adətən toylara, şənlik məclislərinə ara verilir. Əhalinin çox hissəsi məscidlərdə əzadarlıq məclislərində, dini mərasimlərdə iştiraka üstünlük verirlər.

 

Modern.az məsələnin aktuallığını nəzərə alaraq Məhərrəm və Səfər aylarında, yəni sentyabr-oktyabr aylarında Azərbaycanda qeydə alınan nikahların sayı ilə maraqlanıb.

 

Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda 2019-cu ilin 10 ayı ərzində 46.745 nəfər nikaha daxil olub:


“Ayrılıqda 2019-cu ilin sentyabr ayında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən qeydə alınan nikahların sayı 4735, oktyabr ayında 4430 olub”.


Rəsmi məlumatda həmçinin bildirilib ki, ötən ilin sentyabr ayında ölkədə 5740, oktyabr ayında 4842 nəfər münasibətlərini rəsmiləşdirib.


Rəsmi rəqəmlərdən də göründüyü kimi, bir çox hallarda Azərbaycanda toy çalınmasa da, vətəndaşlar Məhərrəm və Səfər ayı olmasına baxmayaraq, rəsmi nikaha daxil olmaqdan imtina etməyiblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu