Modern.az

Hamının maaşı artır, bəs metro işçilərininki niyə yox...

Hamının maaşı artır, bəs metro işçilərininki niyə yox...

3 Noyabr 2019, 14:54

Ölkə başçısının bu ilin əvvəlindən başlayaraq imzaladığı müxtəlif sərəncamlarla ayrı-ayrı kateqoriyadan olan işçilərin-hərbçilərin, müəllimlərin, dövlət qulluqçularının əməkhaqları 20 faiz artırılıb.

Hətta büdcədən maliyyələşməyən universitetlərdə - Bakı Dövlət Universitetində (BDU), Bakı Mühəndislik Universitetində (BMU), Azərbaycan Texniki Universitetində (AzTU), Tibb Universitetində çalışanların əməkhaqları 20-30 faiz artırılıb. Büdcədən maliyyələşməyən Dövlət Neft Şirkəti də əməkhaqları 20 faiz artırılanlar sırasına qoşulub.

Maraqlıdır, əksər sahələrdə qeydə alınan maaş artımı “Bakı Metropoliteni”ndə niyə həyata keçirilmir? Ümumiyyətlə bu qurumda sonuncu dəfə əməkhaqları nə vaxt artırılıb?


Bununla bağlı Modern.az-ın sorğusunu qurumun sözçüsü Bəxtiyar Məmmədov cavablandırıb.


B.Məmmədov qeyd edib ki, əməkdaşlarının sosial vəziyyəti daim rəhbərliyin diqqətində saxlanılır:


““Bakı Metropoliteni” QSC-də əməkhaqqının artırılması sonuncu dəfə 2018-ci ilin mart ayında baş verib. Ölkə üzrə minimum əməkhaqlarının artırılması zamanı əməkdaşlarımızın da maaşı 10 faiz artırılıb”.

 

Onun sözlərinə görə, növbəti maaş artımı barədə qərar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI