Modern.az

“Wikileaks” saytı Ərdoğanın gizli danışığını yayıb

“Wikileaks” saytı Ərdoğanın gizli danışığını yayıb

1 Mart 2012, 15:53

Qalmaqallı “Wikileaks” saytı ABŞ-ın “Stratfor” analitik kampaniyasına məxsus 5 milyon gizli elektron məktub ələ keçirərək yaymağa başlayıb. Saytın yaydığı məxfi sənədlər arasında İsrail-ABŞ-İran-Türkiyə münasibətləri barədə də kifayət qədər faktlar var.

Yayılan məktublar arasında ABŞ-ın keçmiş Baş katibi Henri Kissincer ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın gizli söhbəti böyük səs-küyə səbəb olub. 2011-ci ilin fevral ayında baş tutan söhbət zamanı, Ərdoğan İsrail-İran münasibətləri barədə danışaraq bildirib ki, Qərb və İsrailin İrana qarşı müharibəsi Türkiyənin xeyrinədir, çünki bu halda Türkiyə regiondakı mövqeyini daha da gücləndirəcək.

Feldman İrana hücumla bağlı türklərin mövqeyinə belə şərh verir: “Hücumdan sonra Ərdoğan İsrail və ABŞ-la münasibətlərini dərhal dayandıracaq. O, bunu gözləyir. Belə halda İran daha çox göz qabağında olacaq, amma daha çox zəif olacaq. İranın türklərdən asılılığı getdikcə artacaq. Bu yalnız İsrailin İrana hücumundan sonra reallaşacaq”.

“Wikileaks” saytının məktubların yayımına başlamasından dərhal sonra “Stratfor” bəyanat verərək bildirib ki, oğurlanan məktubların mətni “hakerlər tərəfindən təhrif edilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?