Modern.az

Vaşinqtonla Bakını küsdürən Qarabağ separatçısı bu dəfə Moskvada...

Vaşinqtonla Bakını küsdürən Qarabağ separatçısı bu dəfə Moskvada...

4 Noyabr 2019, 16:05

ABŞ-a səfər etməklə rəsmi Bakının Vaşinqtona nota verməsinə səbəb olan qondarma “Qarabağ Respublikası xarici işlər naziri” Masis Mailyan bu dəfə Moskvaya gedib.

 

Modern.az xəbər verir ki, o, Moskvada Qarabağdan gələn “Velans” vokal qrupunun konsertini seyr edib. Bundan başqa, “Rəqəmsal İş Dünyası” çoxfunksional kompleksində erməni rəssamların əsərlərini seyr edib.

 Xatırladaq ki, rəsmi Bakı Masis Mailyanın Vaşinqtona qanunsuz asəfərinə görə səfir Örl Litzenberqerə rəsmi nota təqdim etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır