Modern.az

Bakıda iki avtobus toqquşdu: xəsarət alanlar var

Bakıda iki avtobus toqquşdu: xəsarət alanlar var

4 Noyabr 2019, 23:15

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Qaqa Qarayev prospektində qeydə alınıb.

Hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus marşrut avtobusu toqquşub. İlkin məlumata görə, yol qəzası nəticəsində azı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi