Modern.az

SABAH qruplarında nə qədər tələbə təhsil alır?

SABAH qruplarında nə qədər tələbə təhsil alır?

5 Noyabr 2019, 13:07

2019-2020-ci tədris ilində SABAH qrupları  ölkənin 11 ali təhsil müəssisəsində 6 istiqamət üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) fəaliyyət göstərir. Hazırda bu qruplarda 35-dən artıq ixtisas üzrə 2400-dən çox tələbə təhsil alır.

 Bu barədə Modern.az-a Təhsil Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində SABAH qruplarından 31 ixtisas üzrə 701 tələbə məzun olub. Məzun olmuş tələbələrin nəticələri 2017-2018-ci tədris ili ilə müqayisədə daha yüksək olub. Məzunlardan 287 nəfər Azərbaycanda, 136 nəfər isə xaricdə magistratura təhsili alır.

 

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. SABAH qrupları ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir