Modern.az

Ərdoğan ABŞ-dan NARAZIDIR - “Barış çeşməsi”ni bərpa oluna bilər

Ərdoğan ABŞ-dan NARAZIDIR - “Barış çeşməsi”ni bərpa oluna bilər

Dünya

5 Noyabr 2019, 17:47

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ hakimiyyətini kürd qüvvələrinin Suriyanın şimal-şərqini tərk etməsini təmin etməməkdə ittiham edib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan “Barış çeşməsi” əməliyyatını bərpa etməyə hazır olduqlarını bildirib.

“Təəssüf ki, amerikalılar YPG/PYD terrorçuları ilə birgə patrulllar həyata keçirir. Halbuki, Türkiyə-ABŞ razılaşmasına əsasən, həmin döyüşçülər Suriyanın şimal-şərq bölgəsini tərk etməli idi. Vaşinqtonun mövqeyini nə ilə izah etmək olar? Türkiyə-ABŞ razılaşması bunu nəzərdə tutmurdu. Hərbi əməliyyatları bərpa etməyə hazırıq. Bizi terrorçuların ərazini tərk etməsi iddiası ilə aldatmaq olmaz”-deyə Ərdoğan deyib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı