Modern.az

Brejnevin sürücülük vəsiqəsi satışa çıxarıldı - FOTO

Brejnevin sürücülük vəsiqəsi satışa çıxarıldı - FOTO

6 Noyabr 2019, 11:10

SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu Moskvada hərraca çıxarılacaq.

 

Modern.az xəbər verir ki, noyabrın 14-də keçiriləcək hərrac barədə "RİA Novosti" məlumat yayıb.

 

Qeyd edilib ki, sürücülük vəsiqəsinin ilkin qiyməti 1 350 000 - 1 500 000 rubl arasında olacaq.

 

Brejnevə məxsus sürücülük vəsiqəsi və xəbərdarlıq talonu 1976-cı ildə Brejnevə 70 illik yubileyi ərəfəsində SSRİ Daxili İşlər naziri Nikolay Şolokov tərəfindən zarafatyana hədiyyə edilib.  

 

Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin bağ evində tapılıb. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi