Modern.az

Azərbaycanın hərbi xərclərini kəskin artırması erməniləri TƏŞVİŞƏ SALIB

Azərbaycanın hərbi xərclərini kəskin artırması erməniləri TƏŞVİŞƏ SALIB

Qarabağ

6 Noyabr 2019, 14:17

Azərbaycanın 2020-ci il üçün hərbi xərclərini artırması Qarabağdakı qondarma rejimi qorxuya salıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məsələ ilə bağlı qondarma rejimin “prezident köməkçisi” Tiqran Abramyan “Facebook”da geniş şərh yazıb.

 

“Azərbaycanın hərbi xərclərini kəskin artırması müxtəlif aspektlərdən müzakirələrə yol açdı. Hərbi xərclərin 21% artırılması Ermənistan və Qarabağ üçün ciddi risklər doğurur və bugünkü gərginliyi daha da artırır”.


Onun fikrincə, Ermənistan hakimiyyəti Qarabağda təmas xəttini, hərbi mövqeləri möhkəmləndirməli, ön xətdə duran zabitlərin və əsgərlərin maaşlarını artırmalıdır.

 

Xatırladaq ki, Azərbaycan 2020-ci il üçün dövlət büdcəsində hərbi xərclərini 2019-cu illə müqayisədə 666 milyon manat artıraraq, 3 milyard 853 milyon 600 min manata çatdıracaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür