Modern.az

“Qarabağ” səfərdə məğlub oldu

“Qarabağ” səfərdə məğlub oldu

Aktual

7 Noyabr 2019, 23:53

APOEL - "Qarabağ" oyunu yekunlaşdı.

Modern.az xəbər verir ki,  "Qarabağ" səfərdə məğlub olduğu üçün qrup cədvəlinin ikinci pilləsindəki yerini əldən verib.

Qrupun digər matçında isə "Sevilya" səfərdə "Düdelanj"ı 5:2 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra "Sevilya" 12 xalla qrup lideridir. APOEL və "Qarabağ" hərəyə 4 xal toplamaqla ikinci, üçüncü yeri bölüşdürür. Aktivində 3 xal olan "Düdelanj" isə qrup sonuncusudur.

 

***

APOEL - "Qarabağ" oyununda daha bir qol vuruldu. Bu dəfə də fərqlənən APOEL oldu. oyunun 88-ci dəqiqəsində Georgios Efrem komandasının ikinci qolunu vurub.

***

APOEL - "Qarabağ" oyununda hesab  bərabərləşdi.  Oyunun 59-cu dəqiqəsində Lukas Souza hesabı bərabərləşdirib: 1:1

***

UEFA Avropa Liqasının  qrup mərhələsinin  IV turu çərçivəsində keçirilən  APOEL - "Qarabağ" oyununda hesab açıldı.

 

Modern.az xəbər verir ki, oyunun  10-cu dəqiqəsində "Qarabağ" hesabda önə çıxıb.

Künc zərbəsindən ötürülən topu Maksim Medvedev dəqiq baş zərbəsi ilə tora göndərib: 0:1

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!