Modern.az

Azərbaycanlı hamilə qadın Türkiyədə qəzaya düşüb

Azərbaycanlı hamilə qadın Türkiyədə qəzaya düşüb

7 Noyabr 2019, 22:19

Türkiyənin Manisa şəhərində 28 yaşlı azərbaycanlı qadın yol qəzası nəticəsində xəsarət alıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza bu gün günorta saatlarında baş verib. Həsən Arslan adlı şəxsin idarə etdiyi avtomobil Səma Dumanlının idarə etdiyi 3 təkərli elektrikli velosipedlə toqquşub. Nəticədə velosipeddə olan sərnişin - 3 aylıq hamilə Sonaxanım Məmmədova xəsarət alıb.

Yaxınlıqda olan vətəndaşlar təcili yardım çağırıblar. Həmyerlimiz xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir