Modern.az

Bakıda gənc ana doğuşdan sonra öldü

Bakıda gənc ana doğuşdan sonra öldü

Aktual

8 Noyabr 2019, 00:14

Bakıda yerləşən “İnternational” özəl tibbi klinikasında doğuş zamanı ölüm faktı qeydə alınıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Həsənova Xırda Sultanmurad qızı doğuşdan iki gün sonra evə buraxılıb. Bu gün isə o, dünyasını dəyişib.

Mərhumun yaxınları onun həkimlərin səhlənkarlığı üzündən öldüyünü iddia edirlər.

Hadisə ilə bağlı Məhkəmə Tibbi ekspertizası təyin edilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır