Modern.az

Avropa yenə separatçılara dəstək verdi - Bu dəfə BELÇİKADA

Avropa yenə separatçılara dəstək verdi - Bu dəfə BELÇİKADA

8 Noyabr 2019, 10:45

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin “prezidenti” Bako Saakayan ötən gün Belçikaya səfər edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Saakyan Brüsseldə erməni icması ilə görüşüb. Bundan sonra o, Flamandiya regionunun 10-ə yaxın parlament üzvü ilə danışıqlar aparıb.

 

Saakyan Belçika nümayəndələrini Qarabağa səfər etməyə səsləyib.

 

Xatırladaq ki, son zamanlar separatçı qurum nümayəndələrinin xarici ölkələrə səfərləri intensivləşib. Belə ki, Azərbaycan XİN-i noybarın 1-də qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanın ABŞ-a səfəri və sözdə "soyqırımı"nın Nümayəndələr Palatasında qəbul olunması ilə bağlı Vaşinqtonun ölkəmizdəki səfiri Li Litsenbergerə nota təqdim etmişdi. Analoji nota noyabrın 6-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova da verilmişdi. Nota Masis Mailyan və qondarma qurumun “mədəniyyət naziri” Lernik Ovannisyanın Moskvaya səfəri ilə bağlı təqdim olunmuşdu.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir