Modern.az

Cənub rayonlarımızdan zəlzələ AÇIQLAMASI

Cənub rayonlarımızdan zəlzələ AÇIQLAMASI

8 Noyabr 2019, 11:47

Dünən axşam saatlarında İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Ordubad, Culfa, Beyləqan, Horadizdə 3-4 bala qədər hiss olunub. 

 

Modern.az zəlzələ təkanlarının hiss edildiyi rayonların bir neçəsi ilə itki və ya tələfat barədə məlumat almaq üçün əlaqə saxlayıb.

 

Astara Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda zəlzələ hiss olunsa da hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb:

“İranda baş verən zəlzələ təkanlarla rayonda da his edildi. Lakin dağıntı qeydə alınmayıb, nə də ki heç kimə ziyan dəyməyib”.

 

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, hələ ki, icra hakimiyyətinə dağıntı və tələfat bağlı müraciət daxil olmayıb:

“Düzdür, zəlzələ burada da hiss edildi. Lakin hazırki saata qədər, bizə ziyan çəkmiş hər hansı şəxs müraciət etməyib”.

 

Lənkəran İcra Hakmiyyətindən də bildirilib ki, zəlzələ hiss olunub, lakin dağıntı və ya tələfatdan söz gedə bilməz:

“Sadəcə hiss edilən zəlzələ tələfata səbəb ola bilməz. Lənkəranda təkanlar dağıntıya səbəb olmayıb, zərərçəkmiş şəxs yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı