Modern.az

Ana azyaşlı qızı ilə evdən çıxıb, geri qayıtmadı

Ana azyaşlı qızı ilə evdən çıxıb, geri qayıtmadı

Aktual

8 Noyabr 2019, 12:05

Daşkəsən rayonunda ana və azyaşlı qızı itkin düşüb.

 

Modern.az "Report”a istinadla xəbər verir ki, hadisə noyabrın 5-dən 6-na keçən gecə rayonun Nizami küçəsi, ev 3 ünvanında baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Subra Ellazalıyeva azyaşlı qızı Zeynəbi özü ilə birgə götürərək yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra S.Ellazalıyevanın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

 

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü