Modern.az

Noyabrın 11-i bəzi məktəblərdə iş günüdür -NAZİRLİK

Noyabrın 11-i bəzi məktəblərdə iş günüdür -NAZİRLİK

Təhsil

8 Noyabr 2019, 17:00

Sabah Azərbaycanda Bayraq günü qeyd olunacaq. 

 

Modern.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyri-iş günüdür. Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti həftənin ilk günü, 11 noyabr tarixi də qeyri-iş günü olacaq. Yəni, şənbə günü də nəzərə alınarsa, ardıcıl olaraq noyabrın 9-u (şənbə), 10-u (bazar) və 11-i (bazar ertəsi) ölkədə qeyri-iş günüdür.

 

Ancaq bəzi məktəblərdə bu məsələ ilə bağlı fikir ayrılığı yaranıb. Belə ki, 6 günlük məktəblərdə bazar ertəsi gününün iş günü olduğu elan edilib. 

 

Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirilib ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı günü (9 noyabr) həftənin şənbə gününə, yəni altıgünlük iş həftəsi olan məktəblərdə iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi - noyabrın 11-i həmin məktəblərdə iş günüdür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır