Modern.az

Türkiyə XİN rəhbəri Azərbaycan xalqını təbrik edib

Türkiyə XİN rəhbəri Azərbaycan xalqını təbrik edib

9 Noyabr 2019, 13:08

Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycan xalqını 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

 

Modern.az-ın məluamtına görə, bu barədə M.Çavuşoğlu öz rəsmi "Twitter" hesabında paylaşdığı videoda bildirib.

Xarici İşlər naziri təbrikində deyib: “Bir millət, iki dövlət!” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımız, həm də həm də gələcək nəsillərə olan borcumuzdur. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir! Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır.”

 

Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir