Modern.az

Boliviyada yeni prezident seçkiləri keçiriləcək

Boliviyada yeni prezident seçkiləri keçiriləcək

Dünya

10 Noyabr 2019, 16:03

Bu gün Boiviya Prezidenti Evo Morales ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini bəyan edib.

 

Modern.az xəbər verir ki,  bu barədə TASS agentliyi məlumat yayıb.

 

E. Morales keçirdiyi mətbuat konfransında deyib ki, xalq seçki yolu ilə yeni hökumətini seçəcək.

 

Qeyd edək ki, Boliviyada Prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Onun əsas rəqibi - sabiq prezident Karlos Mesa isə Moralesin qələbəsini qəbul etmədiyini bildirib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları və tətillər başlayıb. E. Morales fövqəladə vəziyyət rejimi elan edib və müxalifəti dövlət çevrilişinə cəhddə günahlandırıb.

 

Noyabrın 8-də Boliviyanın bir neçə şəhərində polislər də etiraz aksiyalarına qoşulub. Baş verən toqquşmalarda və etirazlarda indiyədək 3 nəfərin öldüyü, 380 nəfərin xəsarət aldığı barədə məlumatlar var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!