Modern.az

Boliviya prezidenti istefa verib

Boliviya prezidenti istefa verib

Dünya

11 Noyabr 2019, 09:36

Boliviya prezidenti Evo Morales rəsmən istefa verib.

 

Modern.az-ın məlumatına görə, istefa xəbəri Boliviya liderinin ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini elan etməsindən az sonra məlum olub.

 

Bundan əvvəl ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıb.

 

Qeyd edək ki, Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb. 

 

Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir