Modern.az

Milli Məclisin iclasında 2020-ci ilin büdcə müzakirələri başlayır

Milli Məclisin iclasında 2020-ci ilin büdcə müzakirələri başlayır

Aktual

12 Noyabr 2019, 08:14

Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan layihələr müzakirəyə çıxarılacaq.

 

Modern.az xəbər verir ki, noyabrın 12-si, 13-ü və 14-də keçiriləcək plenar iclaslarda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, həmçinin Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.



İclasda Baş Nazir Əli Əsədov və hökumət üzvlərinin iştirakı gözlənilir.



Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir