Modern.az

Orta məktəblərdə 5 gün dərs olmayacaq 

Orta məktəblərdə 5 gün dərs olmayacaq 

Təhsil

11 Noyabr 2019, 15:18

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətilinə sayılı günlər qalıb.

 

Modern.az xəbər verir ki, noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır. 

 

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabr tarixlərində respublikanın ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.

 

Qeyd edək ki, məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.

 

Xatırladaq ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar