Modern.az

Meksika eks-prezidentə siyasi sığınacaq verdi

Meksika eks-prezidentə siyasi sığınacaq verdi

Dünya

12 Noyabr 2019, 09:33

Boliviyanın sabiq lideri Eva Morales Meksikadan siyasi sığınacaq alıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Marselo Ebrard elan edib.

 

O, Moraleslə telefonla danışdığını və siyasi sığınacaq təklifini qəbul etdiyini açıqlayıb.

“Biz Boliviya XİN-ə zəng edərək beynəlxalq qaydalara uyğun olaraq Moralesə ölkədən təhlükəsiz çıxışın təmin edilməli olduğunu bildirdik”-deyə Ebrard açıqlayıb.

 

Eva Morales bir neçə həftə davam edən etiraz mitinqlərindən sonra noyabrın 10-da istefa verdiyini açıqlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar