Modern.az

“Azərbaycan dünyanın demokratik ölkələrindən biridir və buna şübhə ola bilməz” - Məzahir Pənahov

“Azərbaycan dünyanın demokratik ölkələrindən biridir və buna şübhə ola bilməz” - Məzahir Pənahov

12 Noyabr 2019, 12:01

"Biz Mərkəzi Seçki Komissiyası olaraq Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması ilə bağlı bütün addımları atmalıyıq".

 

Modern.az xəbər verir ki, bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

 

O, bildirib ki, seçkilər zamanı hüquqi narazılıqlarla bağlı Dairə Seçki Komissiyasına (DSK) müraciət edilir:

 

"Daha sonra DSK Mərkəzi Seçki Komissiyasına müraciət edir və MSK bununla bağlı qərar verir. İddiaçı tərəf bu qərardan narazı qaldıqda Apellyasiya Məhkəməsinə, Apellyasiya Məhkəməsinin qərarından narazı qaldıqda Ali Məhkəməyə müraciət edir. Yəni bütün bunlar vətəndaşlarımızın ali hüquqlarıdır. Biz bu hüquqların qorunması üçün bütün addımları atmalıyıq".

 

MSK sədri qeyd edib ki, Azərbaycan dünyanın demokratik ölkələrindən biridir və buna şübhə ola bilməz:

"Əminəm ki, dekabrın 23-də demokratik bələdiyyə seçkiləri keçiriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi