Modern.az

Putinlə Zelenski Qazaxıstanda görüş bilər - TƏKLİF

Putinlə Zelenski Qazaxıstanda görüş bilər - TƏKLİF

12 Noyabr 2019, 12:19

Qazaxıstan Rusiya və Ukrayna liderlərinin görüşü üçün meydan ola bilər.

 

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə eks-prezident Nursultan Nazarbayev açıqlama verib.

“Zelenski təkbətək görüşə hazır olduğunu bildirib. Rusiya prezidenti də bundan məlumatlıdır. Görək necə olur”-deyə o bildirib.

 

Nazarbayevin fikrincə, prezidentlərin təkbətək görüşə ehtiyacı çoxdan yaranıb.

Zelenski və Putin arasında ilk telefon danışığı iyulun 11-də baş tutmuşdu. Həmin görüşdə tərəflər Kerç boğazında saxlanılan ukraynalı dənizçilərin azad olunmasını və əsirlərin qarşılıqlı dəyişdirilməsini müzakirə etmişdilər. Həmin telefon razılaşması əsasında, ukraynalıə kinorejissor Oleq Sentsov və “RİA Ukrayna”nın rəhbəri Kiril Vışinski azad edilmişdi.

 

Ukrayna prezidenti isə Putinlə “Qərb partnyorlarımızın qarşısında göz-gözə danışmalıyıq”-deyə görüş perspektivini dəyərləndirmişdi. Bu vaxta qədər Putinlə Zelenski təkbətək görüş keçirməyiblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir