Modern.az

125 saylı avtobuslarda gediş haqqı niyə 35 qəpikdir?

125 saylı avtobuslarda gediş haqqı niyə 35 qəpikdir?

Aktual

12 Noyabr 2019, 12:46

“125 saylı marşrut xətti ilə bağlı bizə də müraciətlər daxil olur. Hazırda bu xətt üzrə göstərilən xidmətin keyfiyyətinin artırılması, mümkün olacağı halda xəttin Lökbatan qəsəbəsinədək uzadılması ilə bağlı iş aparılır”.

 

Bunu Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev 125 saylı avtobusun sərnişinlərinin şikayətilə bağlı danışarkən bildirib.

 

M.Ağayev qeyd edib ki, bu xətt üzrə “A”-dan “B”-yə gediş haqqı 40 qəpikdir:

 

“Amma ara dayanacaqlarda düşənləri nəzərə alaraq, gediş haqqı müvəqqəti 35 qəpik müəyyən edilib.

Hazırda planda xəttin uzadılması var. Xətlərin optimallaşdırılması prosesi gedir. Bu çərçivədə 125 saylı marşrut xəttilə bağlı uyğun qərar qəbul olunacaq”.

 

Qeyd edək ki, hazırda 125 saylı marşrut xətti “28 May”dan  Lökbatan Nəqliyyat Mübadilə Mərkəzinə qədərdir.

 

Onu da qeyd edək ki, 125 saylı marşurutda gediş haqqının 35 qəpik müəyyənləşdirilməsi bu marşurutdan istifadə edən Bayıl, 20-ci sahə və Yeni Salyan Yolu 22 ünvanındakı jurnalist binalarının sakinləri tərəfindən narazılıqla qarşılanır. Sakinlər gediş haqqının digər marşurutlarda olduğu kimi 30 qəpik olmasını tələb edirlər. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı