Modern.az

Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE

Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE

12 Noyabr 2019, 13:32

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.
 

Modern.az-ın məlumatına görə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə  Rafiq Çəpərxan oğlu Quliyev gətirilib.

Qeyd edək ki, Rafiq Quliyev bu təyinata kimi Xətai Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışırdı.

Modern.az yeni başçısının tərcümeyi-halını təqdim edir:

Rafiq Çəpərxan oğlu Quluyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində  anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə gedib, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.
1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır. 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri  vəzifələrində çalışıb.
21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək başçının müavini,  2013-cü il dekabrından bu günə kimi başçının 1-ci müavini vəzifəsində çalışıb.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...