Modern.az

“Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın” - MSK sədri

“Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın” - MSK sədri

Aktual

12 Noyabr 2019, 13:42

 

"Seçki hüquqları ilə bağlı işlərə məhkəmələrdə baxılması bütün sivil ölkələrdə var. Biz bundan narahat olmamalıyıq. Azərbaycan Avropa ölkələri ailəsinin üzvüdür. Bu ailənin də ümumi tələbləri və qaydaları var. Bu qaydalar çox sivildir".

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan daxilində seçki prosesləri elə həyata keçirilməlidir ki, Azərbaycan vətəndaşının daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə çıxmaq hüququ pozulmasın.

 

"Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın və bizim dövlətçilik ideyalarımıza kölgə salmasın. Ümumi mənzərədən baxılsa Azərbaycanda bu istiqamətdə görülən işlərin hər biri öz layiqli yerindədir. Qalan məsələlər isə siyasətdir. Buna görə də ilk növbədə insanlarla maarifləndirmə işləri aparılmalı, qərar verən zaman isə onlar ciddi şəkildə əsaslandırılmalıdır", - deyə M.Pənahov bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır