Modern.az

“Hadi Rəcəblini istəməyənlərdən kimsə onu hədəfə götürüb” - Mehdi Mehdiyev

“Hadi Rəcəblini istəməyənlərdən kimsə onu hədəfə götürüb” - Mehdi Mehdiyev

Aktual

12 Noyabr 2019, 13:45

“Hadi Rəcəblini istəməyənlərdən kimsə konkret olaraq onu hədəfə götürüb. Onun çıxışılarından da hansısa cümləni kəsib elə formada verirlər ki, cəmiyyətdə səs-küy yaranır, insanlar hər şeyi yalnış anlayır”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib.

O, Hadi Rəcəbliyə bu cür iftiraların yaraşmadığını vurğulayıb.

“Hadi müəllimin ziyalılığına, insansevərliyinə, dövlətə bağlılığına yaraşmaz ki, ona bu cür iftiralar atsınlar. Mən Hadi Rəcəbli ilə hərbi hissələrdə, ön cəbhədə də olmuşam. Onun əsgərlərə tövsiyələrini, ürək sözlərini eşitmişəm. Yəni qətiyyən mümkün deyil ki, Hadi Rəcəbli əsgər haqqında o cür fikirlər söyləsin. Sadəcə bu tip söz-söhbətlər təxribat məqsədilə törədilən əməllərdir. Konkret olaraq da demək mümkün deyil ki, bunu kim törədir. Çünki dövlət adamlarına ləkə yaxmaq istəyən, onları gözü götürməyən qüvvələr çoxdur. O qüvvələrin nə qədər fitnəkar olduğu elə Hadi Rəcəbli kimi vətəninə, xalqına bütün varlığı ilə bağlı olan bir şəxsə böhtan atmasından sezilir. Həmin şəxslərə ayıb olsun ki, bu cür məsələlərdə Qarabağ veteranlarının da adını çəkirlər”.

Qeyd edəki ki, son zamanlar müxalif yönümlü və sifarişlə işləyən bir sıra səhifə və xəbər saytları yenə də millət vəkili Hadi Rəcəbli haqqında əsassız məlumatlar yayıb. Məlumatlarda paylaşılıb ki, guya Hadi Rəcəbli şəhidləri və şəhid ailələrini təhqir edib. Yazılarda millət vəkilinin  “Əsgər ölməlidir də, bu qədər şişirtməyin”- fikirlərini səsləndirdiyi qeyd olunur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!