Modern.az

“Çoxuşaqlı ailələrlə bağlı müavinət sisteminə yenidən baxılsın” - TƏKLİF

“Çoxuşaqlı ailələrlə bağlı müavinət sisteminə yenidən baxılsın” - TƏKLİF

Aktual

12 Noyabr 2019, 14:08

“Çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın və mümkün olduğu təqdirdə bir az daha da artırılsın”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı parlamentin büdcə müzakirələri zamanı deyib.

Deputat güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin çoxuşaqlı ailələrə və müəllim ailələrinə şamil olunmasını da təklif edib.

O bildirib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün dövlət səviyyəsində istirahət məkəzlərinin yaradılması üçün vəsait ayrılmasına böyük ehtiyac var:

“Sosial təminatı zəif olan, o cümlədən imtiyazlı ailələrin uşaqları bu düşərgələrdən yararlana bilərlər. Bunun üçün büdcədən böyük vəsaitin ayrılması tələb olunmur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!