Modern.az

“Dünyaya üç baxış” keçirilib - FOTOLAR

“Dünyaya üç baxış” keçirilib - FOTOLAR

12 Noyabr 2019, 14:26

Bakıda “Dünyaya üç baxış” adlı rəsm sərgisi keçirilib. Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvləri Lalə Qulamova, Nisə Cəfərova, Elina Lobodenkonun rəsm əsərləri sərgilənib. 30-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgidə mədəniyyət və incəsənət nümayəndələri, ictimai xadimlər və rəsmsevərlər iştirak edib. 

 

Modern.az xəbər verir ki, sərgidə çıxış edən Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rəis Rəsulzadə, hər üç rəssamın fırçasının rəngarəng, yaradıcılıqlarının olduqca zəngin olduğunu deyib. 

Tanınmış kino rəssamı, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Elçin Axundov sərgi barədə xoş təəssüratları ilə bölüşüb, rəssamlara yeni yaradıcılıq uğurları arzulayıb. 

 

Sərgiyə gələn ziyarətçilər realist və abstrakt janrlarında olan portret, peyzaj, natürmort kimi müxtəlif rəsm əsərləri ilə tanış olublar. 

Qeyd edək ki, üç gün davam edən sərgi, ziyarətçilərə xoş təəssüratlar bağışlayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?