Modern.az

Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb - FOTO

Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb - FOTO

Diaspor

12 Noyabr 2019, 16:40

Noyabrın 12-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya səfər edib.

 

Modern.az xəbər verir ki, səfər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun şəhərin Dunay parkında ucaldılmış abidəsinin ziyarətindən başlayıb.

 

Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və nümayəndə heyətinin üzvləri abidənin önünə gül dəstələri düzüblər.

 

Qeyd edək ki, görkəmli Avstriya bəstəkarı Motsartın vətənində onun azərbaycanlı həmkarı Üzeyir Hacıbəyovun şərəfinə ucaldılmış abidənin açılış mərasimi 2006-cı il mayın 30-da olub. Abidənin müəllifi tanınmış heykəltaraş, Azərbaycanın xalq rəssamı Ömər Eldarovdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar