Modern.az

İrana qarşı sanksiyaların müddəti daha 1 il artırıldı

İrana qarşı sanksiyaların müddəti daha 1 il artırıldı

13 Noyabr 2019, 00:52

ABŞ prezidenti Donald Tramp noyabrın 14-dən İrana qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzatmaq barədə qərar qəbul edib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin bəyanatında deyilir.

Tramp vurğulayıb ki, "ABŞ-ın İranla münasibətləri hələ normallaşdırılmayıb", amma 19 yanvar 1981-ci ildən ikitərəfli razılaşmaların icrası prosesi hələ reallaşdırılma mərhələsindədir.

Söhbət ABŞ və İran arasındakı Əlcəzair razılaşmalarından gedir, hansı ki, Tehranda 1979-cu il inqilabından bir il sonra Amerika diplomatlarının azad olunmasına gətirib çıxarıb. Bu sənədlərdə xüsusi halda ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipi şərt kimi qoyulmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir