Modern.az

Güney Azərbaycan İstiqlal Partiyası həmrəylik müraciəti edib

Güney Azərbaycan İstiqlal Partiyası həmrəylik müraciəti edib

28 Dekabr 2009, 03:00

Modern.azxəbər verir ki, Güney Azərbaycan İstiqlal Partiyası 31 dekabr Dünya Azərbaycanlilarinin Həmrəyliyi günü münasibətilə müraciət yayıb.
Müraciətdə deyilr:
”Ə
ziz millətimiz !
Bəşər sivilizasiyasına böyük töhfələr vermiş, qədim tarixə, mədəniyyətə, dövlətçilik təcrübəsinə malik Azərbaycan türklərinin yaşadıqları tarixi torpaqlar zaman-zaman  müxtəlif dövlətlərin apardıqları məkrli, işğalçı siyasət nəticəsində parçalanmaya məruz qalmış, ayrı-ayrı rejimlərin maraqları dairəsində Azərbaycan ərazisi bölünərək əsarət altına salınmışdır. Lakin, 1989-cu ilin dekabrında bölünmüş Azərbaycanın Güneyi və Quzeyi arasında  sərhəd dirəklərinin dağıdılması ilə millətimizin bütövlüyünə gedən yolun  möhtəşəm təməli qoyuldu. Arazın hər iki sahilində millətimiz dəmir tikanlı məftilləri qıraraq birləşmək şüarını səsləndirdi və  bir daha o taylı – bu taylı Azərbaycan türkünün millət olaraq  birləşmək və  bütövləşmək istəyini dünyaya göstərdi. Bu möhtəşəm hadisədən etibarən 31 Dekabr Dünya  Azərbaycanlılarının Həmrəylik günü - Azərbaycan türklərinin birləşmək amacının  simvolik rəmzi, 50 milyondan artıq Güney, Quzey və dünyanın başqa ölkələrində yaşayan azərbaycan türklərinin həmrəylik günü kimi qeyd olunur.
Azərbaycanın Quzeyinin müstəqilliyə qovuşması Azərbaycanın Güneyində milli azadlıq hərəkatının güclənməsinə və yeni mərhələyə qədəm qoymasına təkan vermiş oldu. Bu gün totalitar və müstəmləkəçi İran fars faşist rejimi Güney Azərbaycan
türklərinin hüquq və azadlıqlarının boğulması, milli – mənəvi varlığının məhv edilməsi istiqamətində siyasət aparsa belə, millətimizin milli iradəsi qarşısında acizdir. Son illərdə Güney Azərbaycanda kütləviləşən milli hərəkat və bu hərəkat nəticəsində 35 milyon Azərbaycan türkünün bir millət olaraq beynəlxalq aləmdə gündəmə gəlməsi millətimizin böyük gücə sahib olduğunu göstərir. Milli azadlıq hərəkatımızın qələbəsi milli kimlik şüurunun güclənməsindən, milli həmrəylik və milli birliyimizdən keçir. Bu qələbənin və istiqlalın təminatı isə sistemli təşkilatlanmadır”.

Güney Azərbaycan İstiqlal Partiyası dünyada yaşayan Azərbaycan türklərini 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edib, onları milli həmrəyliyə və birliyə
çağırıb.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər