Modern.az

İran uranı 20%-ə qədər zənginləşdirəcək

İran uranı 20%-ə qədər zənginləşdirəcək

13 Noyabr 2019, 18:48

İranın Fordo müəssisəsi uranı 20%-ə qədər zənginləşdirməyə hazırdır.  

 

APA-nın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə müəssisənin direktoru Şahid Əli Məhəmmədi bildirib. 

Onun sözlərinə görə, artıq müəssisədə uranın zənginləşdirilməsi ilə bağlı cihazlar işə salınıb və yaxın gələcəkdə əlavə mexanizmlər istismara veriləcək.

 

Direktor deyib ki, Nətənzdakı obyektin göstəriciləri Fordo müəssisəsindən 17 dəfə güclüdür.

“Biz yeni mərhələdə Nətənzda olduğu kimi 5 atom elektrik stansiyası üçün yanacaq istehsal etməyi düşünürük”, - deyə o vurğulayıb.

Noyabrın 9-da hökumət tərəfindən İranın Atom Enerjisi Təşkilatına Fordo müəssisəsində uranı 5%-ə qədər zənginləşdirmək haqda icazə verilib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı