Modern.az

Quba sakini dəm qazından boğuldu

Quba sakini dəm qazından boğuldu

Aktual

13 Noyabr 2019, 20:27

Quba sakini evində dəm qazından boğulub ölüb.

Modern.az "Trend"ə istinadən xəbər verir ki, hadisə rayonun T.Əhmədov küçəsi 21 saylı evdə baş verib.

Həmin evdə yaşayan, 1964-cü il təvəllüdlü Cəbrayılov Mirzəbaba Əbülfəz oğlu gecə yuxuda olarkən kustar üsulla hazırlanmış sobadan dəm qazı evə dolub. Nəticədə M.Cəbrayılov qazdan boğularaq ölüb.

Onun meyiti gecə saatlarında oğlu tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır