Modern.az

Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən var, VİDEO

Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən var, VİDEO

13 Noyabr 2019, 21:08

Bu gün ABŞ-ın Nevada ştatının Klark rayonunda azərbaycanlıların iştirakı ilə ağır yol qəzası baş verib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, Nyu-York şəhərindən olan 1989-cu il təvəllüdlü Ramiz Quliyevin idarə etdiyi avtomobil tibb məntəqəsinə çırpılıb. Nəticədə, o hadisə yerində dünyasını dəyişib.

Ohayo ştatının Yol Patrul Xidmətində çalışan leytenant Brayan Allerin sözlərinə görə, qəza zamanı avtomobildə sərnişin Mişa Məmmədov da olub: “O, hadisə zamanı maşının arxa qoltuğunda yatırmış. Xəsarət alaraq xəstəxanaya yerləşdirilib”.


Qəzanın qarlı hava şəraitində yolların sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir