Modern.az

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Aktual

13 Noyabr 2019, 23:44

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 12-də 67,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel azdır.

Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,31 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır