Modern.az

“Dünya dini liderlərinin II Bakı sammiti böyük əhəmiyyət kəsb edir”

“Dünya dini liderlərinin II Bakı sammiti böyük əhəmiyyət kəsb edir”

Aktual

14 Noyabr 2019, 11:19

Azərbaycanda 14-15 noyabr tarixlərində “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Allahşükür Paşazadənin 70 illik yubiley, eyni zamnada Şeyxulislamlıq fəaliyyətinin 40 illiyinə həsr edilmiş silsilə tədbirləri çərçivəsində keçiriləcək bu mötəbər toplantı  ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dəvətini qəbul edənlər sırasında BMT, İƏT, UNESKO, İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar var.

 

Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev saytımıza açıqlamasında bu sammitə dəvət olunmadığını söyləyib:

 

“Baxmayaraq ki, mən sammitə dəvətli deyiləm, ancaq bu təşəbbüsü yüksək qiymətləndirirəm. Düşünürəm ki, dini baxımından belə sammitlərin keçirilməsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edəcək. Hesab edirəm ki, ölkəmizdə keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti” dünyanın bir çox dini liderlərini bir araya gətirərək, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfəsini verəcək”.

 

“Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, bütün idarənin əməkdaşları bu sammitdə iştirak edir:

 

“Bildiyiniz kimi, sayca ikinci sammit olacaq. Qeyd edim ki, çox mötəbər bir tədbirdir. Dünyanın 70 ə yaxın  ölkəsindən 500 dən artıq nümayəndə qatılıb. Tədbiri təşkil etməkdə əsas məqsəd  Azərbaycanda olan multikulturalizm və dinlərarası münasibətlər sisteminin dünyaya tanıtdırmaqdan ibarətdir. Məhz bu baxımından bu tədbirin ölkədə təşkili çox önəmlidir. Çünki Azərbaycan təcrübəsinin dünyaya çatdırılmasına böyük ehtiyac var. Hazırda dünyada hökm sürən münaqişə və konfiliktlərin əsas amillərindən biri də dindir. Məhz dindən istifadə etməklə müharibələr törədilir. Minlərlə insan bu müharibələrdə günahsız yerə məhv edilir. Bu sammitin əhəmiyyəti isə dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfəsini verməkdən ibarət olacaq. Belə bir şəraitdə Azərbaycanda birgə yaşayış prinsiplərinin bərqərar olunması və bunun dünyaya təqdim edilməsi çox önəmli bir hadisə olacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir