Modern.az

“Etdikləri əməllərə görə Almaniya qanunları qarşısında cavab versinlər” - YAP-dan mühacirlərin həbsinə REAKSİYA

“Etdikləri əməllərə görə Almaniya qanunları qarşısında cavab versinlər” - YAP-dan mühacirlərin həbsinə REAKSİYA

14 Noyabr 2019, 11:31

Almaniyada miqrant alveri ilə bağlı azərbaycanlılardan ibarət dəstənin üzvləri saxlanlıb.

Onlardan üç nəfərin Müsavat Partiyasının üzvləri İlham Həsən, Mehdi Xəlilbəyli və Abdin Cavadov olduğu bildirilir. Saxta sənəd düzəltməkdə ittiham olan şəxslər hazırda istintaqda dindirilir.

 

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Aydın Mirzəzadə məsələ ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.

 

Aydın Mirzəzadə bildirib ki, bu hadisə gözəlinilirdi:

 

“Ona görə ki, Azərbaycan cəmiyyətində vaxtaşırı Müsavat Partiyasının və eləcə də digər partiyaların Avropaya mühacir axını təşkil etməsi barədə fikirlər səsləndirilirdi. Faktı artıq Almaniyanın hüquq-mühafizə orqanları da təsdiqləyiblər. Bu insanlar Avropada özünə yer tutmaq, normal bir həyat qurmaq əvəzinə Almaniyanın qanunlarını pozmağa çalışıblar”.

 

Deputat qeyd edib ki, vaxtilə Azərbaycan hökümətini ittiham edənlər məlum olur ki, özləri qanunsuzluğun, bataqlığın içindədir:

 

“Bir daha görünür ki, insan daxildə necədirsə, fəaliyyətdə də elədir. Bir ölkədə qeyri-qanuni işlə məşğul olanlar başqa ölkəyə keçəndə qanunpərəst insan olmurlar. Xaricdə kifayət qədər  azərbaycanlılar yaşayır, onların mütləq əksəriyyəti öz ölkələrinin layiqli vətəndaşlarıdır, Azərbaycanı yüksək səviyyədə təmsil edirlər və biz onların uğurlarına sevinirik.
Ancaq Azərbaycanda hüquqlarının pozulduğunu iddia edərək, xaricə mühacir edənlərin bir qisminin orada qanunları pozması onların hansı əqidədə olduğunu  göstərir. Qoy, etdikləri əməllərə görə indi Almaniya qanunları qarşısında cavab versinlər”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi