"Respublikanın dağ rayonlarında noyabrın 1-dən istilik sistemləri işə düşüb".
Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında "Azəristiliktəchizat" ASC sədrinin müavini İlham Mirzəliyev söyləyib.
O qeyd edib ki, istilik sistemləri mövsümə tam hazırdır:
"Bu gün gün ərzində hazırlıq prosesi davam etdiriləcək. Sabah günorta radələrində tamamilə istilik sistemi bərpa ediləcək".